Lombard Liqası
Lombard İttifaqı və ya Lombard Liqası — təxminən 1167-ci ildə İtaliyanın şimalındakı Milan, Piacenza, Cremona, Mantua, Berqamo, Brescia, Boloniya, Padova, Treviso, Vicenza, Verona, Lodi və Parma da daxil olmaqla demək olar ki, bütün şəhərlərin, o cümlədən Markiz Malaspina və Ezzelino da Romano kimi Lordların da iştirak etdiyi siyasi və hərbi ittifaqdır.
İttifaq Müqəddəs Roma İmperatorluğunun imperatoru I Fridrixin imperiyanın nüfuzunu və gücünü bütün İtaliyaya yaymaq cəhdlərinin qarşısını almaq üçün ona qarşı bir reaksiya olaraq yaradılmışdır. 1158-ci il Roncaglia dietinə əsaslanaraq, I Frederik İtaliya üzərində birbaşa imperiya nəzarəti olduğunu iddiasını etmişdir. İttifaq eyni zamanda özü də İtaliyada mərkəzləşmiş imperator hakimiyyətinin əleyhdarı olan Roma Papası III Pavel tərəfindən dəstəklənirdi. 29 may 1176-cı ildə baş vermiş olan Leqnano döyüşündə Fridrix məğlub oldu və müharibədən sonra bağlanmış Venesiya Sülhü ilə 1177-ci ildən 1183-cü ilə qədər davam etmiş olan altı illik atəşkəsə razılaşmışdır. 1183-cü ildə imzalanmış olan İkinci Konztanz Müqaviləsi ilə İtaliya şəhərləri imperiyaya sadiq qalmağa razılaşdılar, lakin öz torpaqları üzərində yerli hökumət hakimiyyətini də saxladılar.
1226-cı ildən Lombard İttifaqı, II Fridrixin İtaliyada ən qüdrətli gücə çevrilmək səylərinin artması ilə, əvvəlki prestijli günlərində olduğu kimi bir neçə dəfə yenidən yaradılmışdır. Viçenzanın tutulması və Kortenuevo döyüşü ilə imperatorun bacarıqlı bir strateq kimi nüfuzu artdı. O, Milanın bütün sülh təkliflərini rədd edərək və onların qeyd-şərtsiz təslim olmasını tələb etməklə öz gücünü səhv qiymətləndirdi. II Fridrixin nifrətinin onun mühakiməsini zəhərləməsi və bütün mümkün sülh müqavilələrini rədd etməsi ciddi tarixi əhəmiyyətə malik bir məqamdır.